Qırğızıstanın Daxili İşlər Nazirliyi Bişkekdə və ölkənin Çuy vilayətində evlərdə genişmiqyaslı axtarışlar aparır.
İnterpress.az xəbər verir ki, bu barədə Sputnik Qırğızıstan öz mənbələrinə istinadən məlumat yayıb.
Bildirilir ki, Qırğızıstanın Daxili İşlər Nazirliyi Bişkekdə və ölkənin Çuy vilayətində kütləvi iğtişaşlar hazırlamaqda şübhəli bilinən şəxslərin evlərində genişmiqyaslı axtarışlar aparır.
Bu əməliyyatın təfərrüatları hələlik açıqlanmayıb.
Xuraman Etibarlı
İnterpress.az