Almaniya kansleri İsrailin baş nazirini rəsmi səfərə dəvət edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb. Məlumata görə, Almaniya kansleri Fridrix Merz İsrailin baş naziri Benyamin Netanyahunu rəsmi səfərə dəvət edəcək.
Ofis dəvəti Qəzza zolağında hərbi cinayətlərə görə Netanyahuya qarşı Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilən həbs orderlərinə “açıq çağırış” adlandırır.
Xuraman Etibarlı
İnterpress.az