Serbiya prezidenti Ukraynanı dəstəklədiyinə görə ÜZR İSTƏDİbackend

Serbiya prezidenti Ukraynanı dəstəklədiyinə görə ÜZR İSTƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Serbiya prezidenti Ukraynanı dəstəklədiyinə görə üzr istəyib.

İnterpress.az xəbər verir ki, bu barədə Serbiya prezidenti Aleksandar Vucic Happy TV-də deyib.

O bildirib ki, Belqrad səhvən BMT-nin Ukrayna ilə bağlı qətnaməsini dəstəkləyib və vətəndaşlardan üzr istəyib.

“Düşünürəm ki, Serbiya bu gün səhv etdi. Vətəndaşlardan üzr istəyirəm və günahı öz üzərimə götürürəm, çünki yəqin ki, yorğun və həddən artıq yüklənmişəm”, – Viçiç deyib.

O izah edib ki, Serbiya Amerika qətnaməsinə səsvermə zamanı olduğu kimi bitərəf qalmalı idi.

“Biz Amerikanın qətnaməsinə düzgün səs verdik – bitərəf qaldıq. Eyni şey Avropa qətnaməsi ilə bağlı da edilməli idi”, – prezident əlavə edib.

Vuçiç vurğulayıb ki, Serbiyanın Rusiya və ya ABŞ-yə lütf göstərməməsi lazımdır, lakin neytral qalmaq onun maraqlarına uyğundur.

Xatırladaq ki, BMT Baş Assambleyası Ukrayna və Avropa ölkələrinin təklif etdiyi ədalətli sülhə, Rusiya qoşunlarının çıxarılmasına və hərbi əməliyyatların dayandırılmasına çağıran qətnaməni qəbul edib.

Sənədi 93 ölkə dəstəkləyib, 18 ölkə əleyhinə səs verib, 65 ölkə bitərəf qalıb.

Xuraman Etibarlı

İnterpress.az