Türkiyə kəşfiyyatı axtarışda olan terrorçunu Suriyadan Livana qaçmağa cəhd edərkən yaxalayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Türkiyə kəşfiyyatı (MİT) 2013-cü ildə Reyhanlı hücumunun təşkilatçılarından biri olan Temir Dukancını Suriyadan Livana qaçmağa cəhd edərkən yaxalayıb.
MİT Livana qaçmasının qarşısını alaraq, Dukancini sərhəddə ələ keçirib.
Xatırladaq ki, Reyhanlı terror aktı 2013-cü il mayın 11-də Türkiyə-Suriya sərhədi yaxınlığında baş verib.
Meriya binası yaxınlığında və şəhərin sənaye zonasında iki bomba yüklü avtomobilin partlaması nəticəsində 52 nəfər həlak olub, daha 155 nəfər yaralanıb.
Partlayışlar nəticəsində bir neçə bina dağılıb. Həmin gün avtomobilin yanacaq çəninin partlaması nəticəsində qəza hesab edilən növbəti partlayış baş verib.
Xuraman Etibarlı
İnterpress.az