Növbəti pandemiya COVID-dən daha pis olacaq və biz buna hazır deyilik.
İnterpress.az xəbər verir ki, britaniyalı alimlər bununla bağlı tədqiqat aparıblar.
Britaniya alimləri “bəşəriyyətin heç vaxt üzləşmədiyi yeni bir pandemiya”nı proqnozlaşdırmağa davam edirlər.
“Növbəti pandemiya COVID-dən daha pis olacaq və biz buna hazır deyilik.
Yaxın gələcəkdə potensial olaraq daha geniş yayılmış və ölümcül olan başqa bir pandemiyanın baş verməsi ehtimalı var”, – tədqiqatçılar bildirib.
Epidemiya çox güman ki, insanların əvvəllər heç vaxt qarşılaşmadığı bir infeksiya olacaq.
“Çox güman ki, buna yüksək ötürülən patogen səbəb olacaq, bizdə heç bir sınaq, müalicə və ya peyvənd yoxdur”, – alimlər qeyd ediblər.
Keçən il elm adamları 30 əsas potensial təhlükənin siyahısını tərtib ediblər və X xəstəliyinin birdən-birə yeni, dağıdıcı yoluxucu xüsusiyyətlərə sahib olan ölümcül düşmən ola biləcəyi qənaətinə gəliblər.
“Siyahının başında heyvanlarda yaranan viruslar – qrip (quşlar), meymun çiçəyi (primatlar), Denge və Qərbi Nil virusu (ağcaqanadlar) və Lassa qızdırması (gəmiricilər) daxildir”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az