“İmkan verin yaşayaq” – Mer Zelenskiyə MÜRACİƏT ETDİ – VİDEObackend

“İmkan verin yaşayaq” – Mer Zelenskiyə MÜRACİƏT ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada şəhər meri Zelenskiyə rus dilində müraciət edib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. Bildirilir ki, Ukraynanın Pokrovsk şəhərinin meri Zelenskiyə rus dilində müraciət edərək onu sülhə və “insanları dinc yaşamağa imkan verməyə” çağırıb.

Şəhər rəhbəri Trebuşkin videomüraciətində Ukrayna sakinlərinin əksəriyyətinin sülh istədiyini bildirib.

Merin müraciətinə cavab olaraq, Pokrovsk hərbi idarəsi bildirib ki, hərbi vəziyyət dövründə şəhər meri “rəsmi məzuniyyətdədir”, hərbi idarənin rəhbəri isə ona cavabdehdir.

Buna görə də, hərbi idarə hesab edir ki, Trebuşkinin fikri “reallığa uyğun gəlmir”.

Xuraman Etibarlı

İnterpress.az