Lukaşenko: Ukraynasız heç kim Ukrayna məsələlərini həll edə bilməzbackend

Lukaşenko: Ukraynasız heç kim Ukrayna məsələlərini həll edə bilməz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynasız heç kim Ukraynanın problemlərini həll etməyəcək. 

İnterpress.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko fevralın 27-də amerikalı bloger Mario Naufala müsahibəsində belə deyib.

Aleksandr Lukaşenkonun sözlərinə görə, Rusiya lideri Vladimir Putinlə son təmasları zamanı Ukraynadakı vəziyyəti, o cümlədən Ukrayna tərəfi ilə həll etmək üçün danışıqlara hazır olduğunu təsdiqləyib.

“Sonra o, ukraynalıların və Zelenskinin Səudiyyə Ərəbistanına dəvət edilmədiklərinə görə incidiklərini söylədi. O deyir: “Suallar Rusiya və ABŞ ilə bağlıdırsa, niyə çağıraq. Bu danışıqlar zamanı Ukrayna məsələlərinə yalnız qısaca toxunulub. Ukraynanı dəvət etmək nəyə lazım idi?”

Amma Tramp bunu artıq deyib. Ukrayna məsələləri həll olunanda düşünürəm ki, Ukraynasız heç kim bu məsələləri həll etməyəcək”, – Belarus lideri bildirib.

Xuraman Etibarlı

İnterpress.az