Tailand hökuməti yenidən 48 uyğur müsəlmanının Çinə ekstradisiya edilməsinə qərar verib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çin rəsmiləri ilə danışıqlardan sonra Tailand hökuməti yenidən 48 uyğur müsəlmanının Çinə ekstradisiya edilməsinə qərar verib.
Keçən ay Türkiyə hökuməti müxtəlif təmaslardan sonra uyğurları ekstradisiya etməyəcəyinə əmin olmuşdu.
HƏMAS Türkiyə kəşfiyyatı sayəsində 5 tailandlı girovu azad etdi.
Tailandlı əsirlərinn azad edilməsindən sonra Tailand hökuməti də uyğur türklərinin Çinə ekstradisiyasını dayandırmışdı.
Lakin bu gün yayılan məlumata görə, 48 uyğur müsəlmanı Çinə ekstradisiya ediləcək.
Uyğur icması və beynəlxalq təşkilatlar Çinə ekstradisiya edilərsə, onların ciddi təhlükə ilə üzləşəcəklərini bildirirlər.
Xuraman Etibarlı
İnterpress.az