“Dok” ləqəbli siyasi bloger Vardan Qukasyan həbs edilib və Las Veqasdakı Henderson Təcridxanasında saxlanılır.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Qukasyanın ABŞ-də saxlandığı barədə məlumatlar var. Qukasyanın rəhbərlik etdiyi “DOK” partiyası onun nəzarət altında olduğunu və məhbus statusunun olmadığını iddia edir.
Onun Ermənistana deportasiya oluna biləcəyi ilə bağlı versiya da var.
Xuraman Etibarlı
İnterpress.az