İranda PKK tərəfdarları Türkiyə bayrağını yandırıblar.
İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Bildirilir ki, İranda PKK tərəfdarları bayram şənliyi zamanı Türkiyə bayrağını yandırıblar.
“Türkiyə hökuməti ilə Kürdüstan Fəhlə Partiyası arasında atəşkəs elan olunsa da, etimaddan danışmaq hələ tezdir. Belə ki, İranda PKK tərəfdarları bayram şənliyi zamanı Türkiyə bayrağını yandırıblar.
Uzun illər davam edən qarşıdurmadan sonra həqiqi sülhün bərqərar olması xeyli səy və vaxt tələb edəcəkdir”, – məlumatda deyilir.
Xuraman Etibarlı
İnterpress.az