Zelenski deyib ki, onu hakimiyyətdə əvəzləmək asan olmayacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb. Ukrayna prezidenti Volodimir Zelenski deyib ki, onu “əvəz etmək çətin olacaq”.
Bununla da o, hazırkı şərtlərlə istefa vermək fikrində olmadığını açıqlayıb.
“Sadəcə seçki keçirmək kifayət deyil. İştirak etməyimə icazə verməməlidirlər. Və bu bir az çətin olacaq. Çünki hələ məni razı salmaq lazımdır”, – o bildirib.
Eyni zamanda, Zelenski Ağ Evdə Trampla mübahisəni şərh edib. Ukrayna lideri ABŞ ilə nadir torpaq metalları üzrə saziş imzalamağa hazır olduğu üçün onların münasibətlərinin davam edəcəyinə əmin olduğunu bildirib.
Xuraman Etibarlı
İnterpress.az