Rusiya bazar günləri spirtli içkilərin satışını qadağan etmək istəyir.
İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Duması qanun layihəsini artıq hazırlayıb.
Dövlət Duması hesab edir ki, istirahət günü ailə, idman və incəsənətə həsr olunmalıdır.
“Həftənin bir gününü sevdiyin insanla və ya bütün ailə ilə spirtli içkisiz keçirmək nəinki doğum nisbətinin əhəmiyyətli dərəcədə artmasını təmin edəcək, həm də əhali arasında alkoqolizmlə mübarizədə güclü təkan yaradacaq”, – qanun layihəsini təklif edən deputat bildirib.
Xuraman Etibarlı
İnterpress.az