Tramp və Zelenskinin Ağ Evdən yayımını sakit izləyə bilmədim, yayımı iki dəfə söndürdüm.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok “Caren Miosga” tok-şousunda bildirib.
O etiraf edib ki, Tramp və Zelenski arasında Ağ Evdən canlı yayımı sakit izləyə bilməyib.
“Ukrayna prezidentinə qarşı rəftarına dözmədiyim üçün yayımı iki dəfə söndürdüm”, – Berbok deyib.
Xuraman Etibarlı
İnterpress.az