Zelenski ilə Trampın görüşündən sonra ölkədə “ikinci cəbhə” açmaq istəyənlərin kimliyi aydın oldu – Kaladzebackend

Zelenski ilə Trampın görüşündən sonra ölkədə “ikinci cəbhə” açmaq istəyənlərin kimliyi aydın oldu – Kaladze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski ilə Trampın görüşündən sonra Gürcüstanda “ikinci cəbhə” açmaq istəyənlərin kim olduğu daha da aydın oldu.

İnterpress.az xəbər verir ki, bu barədə jurnalistlərə Tbilisi meri Kaxa Kaladze deyib.

“Onlar (bəzi Qərb ölkələrinin nümayəndələri) istəyirdilər ki, Gürcüstan iqtisadi iflasa uğrasın. Ölkə sanksiyalara qoşulsun və bu, təbii ki, birbaşa iqtisadiyyatın çökməsinə gətirib çıxaracaq.

Kütləvi təhqirlərə, tənqidlərə, böhtanlara, təhdidlərə baxmayaraq, biz əhalinin tərəfini tutduq. Və ağlabatan siyasət apararaq, ilk növbədə, ölkəmizin iqtisadi inkişafı və təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən addımlar atdıq”, – Kaladze bildirib.

Xuraman Etibarlı

İnterpress.az