Ukrayna ABŞ ilə razılaşmaya hazırdır, lakin ərazi güzəştinə getməyəcək – Şmıqalbackend

Ukrayna ABŞ ilə razılaşmaya hazırdır, lakin ərazi güzəştinə getməyəcək – Şmıqal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna faydalı qazıntılar üzrə ABŞ ilə razılaşmaya hazırdır, lakin ərazi güzəştlərinə getməyəcək.

İnterpress.az xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib. O, ABŞ ilə iqtisadi əməkdaşlıq üçün investisiya fondunun yaradılması haqqında saziş imzalamağa hazır olduğunu qeyd edib, lakin ərazi güzəştlərinin müzakirə olunmadığını vurğulayıb.

Onun sözlərinə görə, ərazilərin verilməsi ilə bağlı konkret danışıqlar aparılmayıb, lakin ictimai məkanda belə bəyanatlar səslənir.

Eyni zamanda, onun sözlərinə görə, Kiyev etibarlı təhlükəsizlik təminatları və Aİ və NATO-ya üzvlük olduğu halda addım-addım sülh planını müzakirə etməyə hazırdır.

Xuraman Etibarlı

İnterpress.az