İsrail ordusu HƏMAS-ın hücrəsinin başçısını ÖLDÜRDÜbackend

İsrail ordusu HƏMAS-ın hücrəsinin başçısını ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu İordan çayının qərb sahilində HƏMAS-ın hücrəsinin başçısını öldürdüyünü bildirib.

İnterpress.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.

İsrail Müdafiə Qüvvələri (İDF) İordan çayının qərb sahilində Fələstinin HƏMAS hərəkatının bir hücrəsinin rəhbəri İsar Sədini və daha bir radikalı öldürdüyünü və axtarışda olan 3 fələstinlini saxladığını bildirib.

Mətbuat xidməti onu da iddia edir ki, Sədinin gizləndiyi binada bir neçə odlu silah tapılıb. Bütün silahların müsadirə olunaraq təhlükəsizlik qüvvələrinə təhvil verildiyi bildirilir.

Xuraman Etibarlı

İnterpress.az