Qırğızıstanda terror aktları planlaşdıran 30 nəfər HƏBS EDİLDİ – VİDEObackend

Qırğızıstanda terror aktları planlaşdıran 30 nəfər HƏBS EDİLDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda terror aktları planlaşdırmaqda şübhəli bilinən 30 nəfər həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb. Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi (MTK) yeraltı terror qruplaşmasının 30 tərəfdarını saxlayıb.

Müstəntiqlərin fikrincə, şübhəlilər radikal ideologiyanı təbliğ etdikləri qondarma “toplantılar” keçiriblər.

Bundan əlavə, onlar terror fəaliyyətini maliyyələşdirmək üçün pul toplayıblar.

Bu radikal qrupun əsas məqsədi konstitusiya quruluşuna qarşı “cihad” həyata keçirmək, məmurlara, kəşfiyyatçılara və hüquq-mühafizə orqanlarına qarşı terror aktları planlaşdırmaq idi.

Xuraman Etibarlı

İnterpress.az