Bu gün Ukrayna və ABŞ komandaları görüş üzərində işə başlayıb. Gələn həftə ilk nəticələrə ümid edirik.
İnterpress.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski martın 5-də çıxışı zamanı deyib. Zelenski təsdiqləyib ki, Ukrayna və ABŞ arasında yeni görüş hazırlanır və nəticələr gələn həftənin əvvəlində gözlənilir.
“Bu gün komandalarımız – Ukrayna və Amerika Birləşmiş Ştatları – görüş üzərində işləməyə başladılar. Andrey Yermak və Maykl Uolts çıxış etdilər, müsbət hərəkət var.
Biz gələn həftə ilk nəticələrə ümid edirik. Həm də Avropa istiqamətində, Avropaya inteqrasiyamıza, yəni üzvlük danışıqları prosesində klasterlərə aid olan hərəkətləri bərpa etməliyik. Biz tərəfdaşlarımızın dəstəyinə ümid edirik”, – Zelenski qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az