Qazaxıstan vandallarla ictimai alçaldılma yolu ilə mübarizəyə BAŞLADIbackend

Qazaxıstan vandallarla ictimai alçaldılma yolu ilə mübarizəyə BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan vandallarla ictimai alçaldılmaqla mübarizə aparmaq qərarına gəlib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.

“Paytaxtda vandalizmlə mübarizənin yeni üsulları tətbiq edilir. Astananın 65 metr hündürlüyündə dönmə çarxı vandalizm aktları törədən insanların görüntülərini yayımlayacaq.

Bu üsul ictimaiyyətin diqqətini şəhər əmlakına dəymiş ziyan probleminə cəlb etmək məqsədi daşıyır. Şəhər vandalizm aktlarına və başqalarının əmlakına ziyan vurmağa qarşı mübarizəni davam etdirir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhər rəhbərliyi ilə birlikdə bu cür hüquqpozmaların aşkarlanması və qarşısının alınması istiqamətində fəal tədbirlər həyata keçirirlər”, – məlumatda deyilir.

Xuraman Etibarlı

İnterpress.az