ABŞ “Ənsar Allah” təşkilatına qarşı yeni sanksiyalar tətbiq edib.
İnterpress.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi Yəmənin Husilərin Ənsar Allah təşkilatına qarşı yeni sanksiyalar tətbiq etdiyini açıqlayıb.
İdarədən verilən məlumata görə, bu tədbirlər çərçivəsində kənd təsərrüfatı mallarının, dərman vasitələrinin, tibbi avadanlıqların, o cümlədən ehtiyat hissələrinin və komponentlərinin tədarükü, yaxud qrupa proqram təminatının yenilənməsi ilə bağlı əməliyyatları əhatə edən “Terrorizmlə Mübarizə üzrə Baş Lisenziya” verilib.
Bundan əlavə, sənəddə təşkilatının lideri əl-Husi də daxil olmaqla, bir neçə fiziki və hüquqi şəxsə qarşı sanksiyaların tətbiq olunduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az