İsrail Qəzzaya humanitar yardımla bağlı məsuliyyəti öz üzərinə GÖTÜRDÜbackend

İsrail Qəzzaya humanitar yardımla bağlı məsuliyyəti öz üzərinə GÖTÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qəzzaya humanitar yardımın paylanmasına görə məsuliyyət daşıyacaq.

İnterpress.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb. İsrail Qəzzaya gələn və paylanan bütün humanitar yardımlara görə birbaşa məsuliyyət daşıyacağını bildirib.

Nəşr yazır ki, beynəlxalq humanitar təşkilatlar bu plan çərçivəsində İsraillə əməkdaşlığa hələ hazır deyillər.

Plana əsasən, humanitar yardımın zolağa yalnız bir giriş nöqtəsi olacaq – Qəzzanın cənub-şərqində Kerem Şalom keçidi vasitəsilə.

Qəzzaya daxil olan bütün yüklər yoxlanılacaq və bir neçə yeni logistik mərkəzə yönləndiriləcək. Mərkəzləri özəl mühafizə şirkətləri qoruyacaq. Bu barədə beş böyük humanitar təşkilatın və BMT-nin nümayəndələri məlumat veriblər.

İsrail həmçinin yardımın paylanmasını izləmək üçün bir sistem quracaq və bütün yardım işçilərinin terrorçu qruplarla əlaqəsi olmadığından əmin olmaq üçün yoxlanılmasını tələb edə bilər.

Yeni qaydalar ötən həftə keçirilən görüşlərdə Hökumətin Ərazilərdəki Fəaliyyət Koordinatoru (SOGAT) tərəfindən humanitar qurumlara çatdırılıb.

Gözlənilən dəyişikliklər Qəzzaya humanitar yardımın gələcəyi ilə bağlı qeyri-müəyyənlik fonunda baş verib. Çünki bir sıra iri beynəlxalq təşkilatlara ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Humanitar Yardım Bürosundan alacaqları maliyyənin Dövlət Katibi Marko Rubionun verdiyi sərəncama görə kəsiləcəyi bildirilib.

Xuraman Etibarlı

İnterpress.az