Baydenin hərəkətləri və qərar qəbul etmə səriştəsi ARAŞDIRILACAQbackend

Baydenin hərəkətləri və qərar qəbul etmə səriştəsi ARAŞDIRILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baydenin hərəkətləri və onun qərar qəbul etməkdə səriştəli olub-olmadığı araşdırıla bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Caller” məlumat yayıb. ABŞ-nin keçmiş prezidenti Co Baydenin hərəkətlərinin və onun qərar qəbul etməkdə səriştəli olub-olmadığının araşdırılması istənilib.

Missuri ştatının baş prokuroru Endryu Beyli Ədliyyə Departamentini Baydenin hərəkətlərini və onun qərar qəbul etməkdə “səriştəli” olub-olmadığını araşdırmağa çağırıb.

“Xahiş edirəm ki, Baydenin iddia edilən əmrlərindən hansının səriştəli bir prezident tərəfindən bilərəkdən verildiyini və hansının olmadığını müəyyən etmək üçün araşdırma aparın və ya sorğumu başqa quruma göndərin”, – məktubda deyilir.

Xuraman Etibarlı

İnterpress.az