HƏMAS Trampın təhdidlərinə cavab verib.
İnterpress.az xəbər verir ki, bu barədə HƏMAS-ın sözçüsü Hazem Qassem Anadolu agentliyinə bildirib. O deyib ki, Donald Trampın son bəyanatları Qəzzada atəşkəs və əsir mübadiləsi razılaşmasının icrasını ciddi şəkildə çətinləşdirə bilər.
Onun sözlərinə görə, ABŞ prezidentinin hədələri yalnız İsraili razılaşmalara əməl etməməyə sövq edir.
Qasem vurğulayıb ki, HƏMAS sazişin birinci fazası üzrə öhdəliklərini yerinə yetirib, lakin İsrail ikinci mərhələni başlatmaqdan yayınır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp HƏMAS-ı məhv etməklə hədələyib O, HƏMAS-a qarşı təhdidlər səsləndirərək, İsrail əsirləri azad edilənə qədər hərəkatın heç bir üzvünün təhlükəsiz olmayacağını bildirib.
Xuraman Etibarlı
İnterpress.az