Ana yeni doğulmuş qızını mamaçaya SATDIbackend

Ana yeni doğulmuş qızını mamaçaya SATDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağıstanda qadın yeni doğulmuş qızını 650 min rubla (təxm. 12 400 man) mamaçaya satıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, 39 yaşlı Məhərrəmkənd kənd sakini yeni doğulan qızını doğuşdan dərhal sonra satmaq qərarına gəlib.

O, 2 saylı Doğum Evində körpəni dünyaya gətirən mama ilə müqavilə bağlayıb ki, uşağı alacaq.

Tibb işçisinin 46 yaşlı əri pulu təhvil verməyə gəlib. “Sövdələşmə” bir neçə aydan sonra məlum olub.

Qızın anası və şərikləri hər şeyi etiraf edib və saxlanılıblar.

Faktla bağlı “İnsan alveri” maddəsi ilə cinayət işi açılıb. Bu maddə ilə onları 10 ilə qədər həbs gözləyir.

Xuraman Etibarlı

İnterpress.az