Kişi mağazadan zinət əşyaları oğurladıqdan sonra 769 min dollarlıq sırğaları udub.
İnterpress.az xəbər verir ki, bu barədə Amerikanın Florida ştatının Orlando şəhər polisi məlumat verib.
Polisinin verdiyi məlumata görə, 32 yaşlı Ceytan Lourens Gilder bahalı zinət əşyalarını əldə etmək üçün “Tiffany & Co” mağazasında özünü “Orlando Magic” basketbolçusu kimi göstərib.
Soyğunçu zərgərlik mağazasından 4,86 və 8,19 karat, ümumi dəyəri 769,5 min dollar olan brilyant sırğalar, həmçinin 587 min dollar dəyərində üzük ilə qaçıb.
Polis həmin şəxsi avtomagistral yolda yaxalasa da, axtarış zamanı qızıl-zinət əşyalarının hamısı tapılmayıb.
Həbsxanada bədənin skan edilməsi itkin sırğaların sirrini həll edib. O, “mədəsində olanlara görə ittiham ediləcəyini” soruşduqdan sonra sırğalar onun mədəsində tapılılb.
Xuraman Etibarlı
İnterpress.az