Öcalanın mesajından sonra Türkiyə Müdafiə Nazirliyi PKK-nı “şərtsiz” silahı yerə qoymağa çağırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin mətbuat katibi Zeki Aktürk həftəlik brifinqdə bildirib.
Kürd hərbi-siyasi təşkilatı PKK və onunla əlaqəli bütün qruplar “terror fəaliyyətlərini dayandırmalı, dağılışmalı, dərhal və qeyd-şərtsiz silahlarını yerə qoymalı və təslim olmalıdırlar”.
O, atəşkəs kimi PKK lideri Öcalanın mesajının mətnində yer almayan məsələləri gündəmə gətirməklə çaşqınlıq yaratmamalı olduğunu vurğulayıb.
Xatırladaq ki, fevralın 27-də PKK-nın qurucusu Abdulla Öcalan tərəfdarlarını silahı yerə qoymağa və qruplaşmanı dağıtmağa çağırıb.
Təşkilat 1984-cü ildən Türkiyə ilə hərbi əməliyyatlar aparır, türk kürdlərinə muxtariyyət yaradılmasını tələb edir.
Xuraman Etibarlı
İnterpress.az