Ukrayna ABŞ-la Səudiyyə Ərəbistanının görüşündə “qismən atəşkəs” təklif edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Danışıqlar zamanı Ukrayna tərəfi ABŞ-ni kəşfiyyat məlumatlarının ötürülməsini və hərbi yardımın çatdırılmasını bərpa etməyə inandırmağa çalışacaq.
Bu məqsədlə Ukrayna Rusiyaya uzaq mənzilli PUA və raket zərbələrinə, eləcə də Qara dənizdə hərbi əməliyyatlara son qoymağı təklif etməyə hazırdır.
ABŞ nümayəndələrinin bu həftə təkcə ukraynalılarla deyil, ruslarla da görüşəcəyi də məlumdur.
Xuraman Etibarlı
İnterpress.az