Trampın QİSASI: Zelenski prezidentlikdən getməyənə qədər hərbi yardım bərpa edilməyəcək – “Bild”backend

Trampın QİSASI: Zelenski prezidentlikdən getməyənə qədər hərbi yardım bərpa edilməyəcək – “Bild”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zelenski prezidentlikdən getməyənə qədər ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyəcək.

İnterpress.az xəbər verir ki, bu barədə “Bild” yazıb. Nəşr bildirir ki, Ukrayna lideri Volodimir Zelenski prezidentlikdən getməyənə qədər ABŞ Ukraynaya hərbi yardımı bərpa etməyəcək.

“Bu yolla Tramp 2020-ci ildə Hunter Baydenə qarşı dəlillər verməkdən imtina etdiyi üçün Zelenskidən qisas ala bilər”, – ekspertlər bildirirlər.

“Ağ Evdəki qalmaqallı görüşdən sonra son şübhələr də aradan qalxdı: ABŞ prezidenti Zelenskini tərəfdaş kimi yox, maneə kimi görür.

Bağlı qapılar arxasında Tramp Zelenskini Ukrayna prezidenti vəzifəsindən istefa verməyə məcbur etmək istəyir! Necə? Siyasi təzyiqlə.

Nə qədər ki, 47 yaşlı siyasətçi hakimiyyətdədir, Kiyevdə yeni Amerika silahları olmayacaq”, – nəşr yazıb.

Xuraman Etibarlı

İnterpress.az