Tomsk vilayətində dəhşətli hadisə baş verib – qısqanc taksa” (dachshund) yeni doğulmuş qızı yatarkən gəmirərək öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Faciə martın 10-da Severskdə baş verib.
İstintaq Komitəsinin məlumatına görə, it gecə saatlarında uşağın yatağına çıxıb və müdafiəsiz körpəyə hücum edib.
“İt körpəni qısqanırdı, çünki uşaq dünyaya gəldikdən sonra ona daha az diqqət yetirilməyə başlamışdı. Son günlər it bütün ailə üzvlərinə qarşı aqressiv davranırdı”, – media aydınlıq gətirib.
Körpənin çoxsaylı dişləmələrlə cansız bədəni daha sonra anası tərəfindən tapılıb. Onu xilas etmək mümkün olmayıb.
İstintaq Komitəsi bəyan edib ki, “itlərin insanlara, o cümlədən azyaşlılara hücum etməsinin səbəblərindən biri ev heyvanlarının saxlanması qaydalarının pozulmasıdır”.
Ev heyvanı sahibləri həmin maddə ilə məsuliyyətə cəlb oluna bilərlər.
Maddə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Xuraman Etibarlı
İnterpress.az