Sizin Zelenskiyə etdikləriniz biabırçılıqdır! – İran prezidenti Trampa SƏSLƏNDİ – VİDEObackend

Sizin Zelenskiyə etdikləriniz biabırçılıqdır! – İran prezidenti Trampa SƏSLƏNDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Trampa mesaj göndərib.

İnterpress.az xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian ABŞ ilə danışıqlara başlamaq perspektivləri ilə bağlı fikirlərini bildirib.

Pezeşkian amerikalı həmkarı Donald Trampa danışıqlar çağırışı və verilən ultimatuma cavab olaraq müraciət edib.

“Sizin Zelenskiyə etdikləriniz biabırçılıqdır! Əmr verməyiniz qəbuledilməzdir. Mən sizinlə hədə-qorxu ilə danışıqlar aparmayacağam, nə istəsəniz edin”, – Pezeşkian deyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Oval kabinetdə keçirdiyi brifinqdə Vaşinqtonun İran məsələsinə hazırlıqla bağlı son addımları tamamladığını açıqlamışdı.

Onun bu bəyanatı İranın ali dini lideri Ayətullah Əli Xameneiyə məktub göndərməsi ilə bağlı yayılan xəbərlər fonunda verilib.

Xuraman Etibarlı

İnterpress.az