İsrail girovlar haqqında məlumat toplamaq üçün yeni alətdən İSTİFADƏ EDİRbackend

İsrail girovlar haqqında məlumat toplamaq üçün yeni alətdən İSTİFADƏ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail girovlar haqqında məlumat toplamaq üçün yeni alətdən istifadə edir.

İnterpress.az xəbər verir ki, bu barədə ərəb qəzeti “Asharq Al-Awsat” yazır.

İsrail son vaxtlar Qəzza zolağının müxtəlif ərazilərinə casus cihazları atan pilotsuz təyyarələrdən istifadə edərək kəşfiyyat fəaliyyətini gücləndirib.

Qəzzanın “terror təşkilatları”ndakı mənbələr bildiriblər ki, bu yeni casus cihazlarından bəziləri kameralar və ya qurd ölçüsündə digər dinləmə cihazları ilə təchiz olunub.

Onların sözlərinə görə, bu qurğular boş yerlərdə və ya qəbiristanlıqlarda, bəzən isə əhalinin məskunlaşdığı yerlərin mərkəzində torbalarda gizlədilir.

Mənbələr onu da vurğulayıblar ki, bir sıra hallarda silahlılar bu cihazları görüb və casusluq cəhdlərinin qarşısını alıblar.

Belə ki, mənbənin sözlərinə görə, İsrail təkcə ümumi kəşfiyyat məlumatlarını toplamağa deyil, həm də girovların yerini müəyyənləşdirməyə çalışır.

“Xüsusilə də Dohada aparılan hazırkı danışıqlar uğursuz olarsa, müharibənin bərpası ehtimalını nəzərə alsaq, bu, döyüşlərin bərpasından əvvəl son şans ola bilər”, – onlar hesab edirlər.

Xuraman Etibarlı

İnterpress.az