Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqların təşkilinə kömək etməyə HAZIRDIR – FOTO/VİDEObackend

Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqların təşkilinə kömək etməyə HAZIRDIR – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərdoğan Rusiya ilə Ukrayna arasında danışıqların təşkilinə kömək etməyə hazırdır.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Ərdoğan Ankaraya rəsmi səfərə gələn Polşanın baş naziri Tusk ilə birgə mətbuat konfransında bildirib.

Ərdoğan deyib ki, vəziyyət tərəflərin danışıqlar masasına qayıtmasına imkan verərsə, Ankara Rusiya və Ukrayna arasında danışıqların təşkilinə kömək etməyə hazırdır.

O, Ankaranın müharibə ilə bağlı mövqeyinin əvvəldən bəlli olduğunu vurğulayıb – ölkə münaqişənin sülh yolu ilə həllinə çalışır, iki qonşu arasında ədalətli razılaşmaya ümid edir.

Ərdoğan həmçinin Ukraynanın atəşkəsə razılıq verməsindən məmnunluğunu ifadə edib və Rusiyanın konstruktiv cavab verəcəyinə ümid etdiyini bildirib.

Konfrans zamanı o qeyd edib ki, Avropa İttifaqının əhəmiyyətini və təsirini saxlamaq üçün Türkiyənin tamhüquqlu üzv kimi qəbul edilməsi son dərəcə vacibdir.

Xuraman Etibarlı

İnterpress.az