Başqırdıstan Federal Penitensiar Xidmətinin rəhbəri Ufada saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, Başqırdıstan Federal Penitensiar Xidmətinin rəhbəri Vladislav Dzyuba Ufada saxlanılıb.
O, vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinir. Dzyuba ən azı 500 min rubl (təxm. 10 min man) yığmağı bacararaq tabeçiliyində olanların mükafatlarını mənimsəyib.
Onun ofisində axtarış aparılıb. Yaxın vaxtlarda onun barəsində qabaqlayıcı tədbir seçiləcək.
Dzyubaya qarşı ilkin ifadəni onun ötən il saxlanılan müavini verib.
Xuraman Etibarlı
İnterpress.az