Argentina Xameneinin həbsinə ORDER VERƏCƏKbackend

Argentina Xameneinin həbsinə ORDER VERƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina 1994-cü ildə yəhudi icmasına edilən hücuma görə Xameneinin həbsinə order verəcək.

İnterpress.az xəbər verir ki, Argentinanın baş prokuroru 1994-cü ildə yəhudi icmasının binasına hücumda iştirakına görə İranın ali dini lideri Xameneinin beynəlxalq həbsinə order verilməsini məhkəmədən xahiş edib.

Basso deyir ki, Xamenei hücumun planlaşdırılmasında iştirak edib.

Prokuror həmçinin Argentinadan İnterpolun orderi verməsini və Xameneini ölkədə görünəcəyi təqdirdə onu həbs etmək üçün federal qüvvələri hazırlamağı xahiş edib.

Bu addım əvvəllər Xameneini ali hökmdar statusuna görə ona diplomatik toxunulmazlığı olan biri kimi yanaşmış ölkənin baş prokurorlarının mövqeyinin dəyişdiyini göstərir.

Sorğunun əhəmiyyəti təkcə hüquqi deyil, həm də diplomatik xarakter daşıyır. Sərəncam qəbul olunarsa, Argentina ilə İran arasında 1994-cü ildən bəri davam edən gərginlik daha da arta bilər.

1994-cü il iyulun 18-də Buenos-Ayresdə yəhudi icmasının binasının partladılması Argentina tarixindəki ən dağıdıcı terror hücumlarından biri olub. Hücum nəticəsində 86 nəfər ölüb, 300-dən çox insan yaralanıb.

Partlayış yəhudi icmasının ofis və müəssisələrinin yerləşdiyi şəhərin mərkəzində baş verib. İstintaq Hizbullah ilə əlaqələr görüb və hücum, ehtimal ki, Argentinanın Yaxın Şərq münaqişəsi kontekstində İsrailə və Qərbə verdiyi dəstəyə görə qisas olub.

Xuraman Etibarlı

İnterpress.az