Koreyalı kişi onu çinli adlandıran adamı boynundan bıçaqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə “The Korea Herald” məlumat yayıb.
50 yaşlı Cənubi Koreyalı kişi motosikletin hissələrini satdığı iş ortağı ilə barda içki içərkən ona çinli dediyinə görə bıçaqla hücum edib. Zərərçəkən sağ qalıb.
Seul məhkəməsi hücum edən şəxsi adam öldürməyə cəhddə təqsirli bilib və 3,5 il müddətinə azadlıqdan məhrum edib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, o, zərərçəkmişi öldürmək niyyətində olmayıb və “özündə olmayıb”.
Xuraman Etibarlı
İnterpress.az