Çin yuanı son 18 ilin minimum səviyyəsinə düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Sonuncu dəfə Çin valyutası dollar qarşısında qlobal maliyyə böhranı zamanı belə bir səviyyədə idi.
Bundan əlavə, yuan da ticarət tərəfdaşlarının valyutaları səbəti qarşısında son 15 ayın ən aşağı səviyyəsinə düşüb.
Çinin yüksək səviyyəli rəsmiləri bu gün ölkə iqtisadiyyatını gücləndirmək üçün tədbirlər hazırlamaq üçün görüşür.
Xuraman Etibarlı
İnterpress.az