Bu gün Türkiyənin İstanbul şəhərində Rusiya-Ukrayna danışıqlarının növbəti raundu baş tutacaq.
Rusiya nümayəndə heyəti danışıqlarda iştirak etmək üçün artıq İstanbula gəlib.
Çırağan sarayında keçirilməsi planlaşdırılan Rusiya və Ukrayna danışıqları iyunun 2-də Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Budəfəki Rusiya-Ukrayna danışıqlarından gözləntilər barədə İnterpress.az-ın suallarını konfliktoloq Elman Vəliyev cavablandırıb.
Konfliktoloq bu görüşdən böyük ümidlər gözləmədiyini bildirib.
“Bu gün İstanbulun Çırağan sarayında keçirilməsi planlaşdırılan Rusiya və Ukrayna danışıqları şablon formatda keçəcək. Böyük gözləntilərim yoxdur, qeyri-adi nəsə gözləmirəm.
Nümayəndələrin görüşü üstünlük sayılmır konfliktlərin bitməsində. Liderlərin danışıqları olmalıdır.
Lakin Türkiyə tərəfinə müsbət ipmuls verir bu görüş. Çünki vasitəçilik missiyasını yerinə yetirir”, – konfliktoloq vurğulayıb.
Xuraman Etibarlı
İnterprerss.az