Kabil ABŞ-nin Baqram bazasına qayıdışına icazə verməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Əfqanıstanın xarici işlər naziri Əmir Xan Möttəki Rusiya xarici işlər naziri Sergey Lavrovla keçirdiyi görüşdə bəyan edib.
O bildirib ki, Kabil ABŞ qüvvələrinin ölkənin ən böyük hərbi obyektlərindən biri olan Baqram aviabazasına qayıtmasına icazə verməyəcək.
Eyni zamanda, Rusiya prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bildirib ki, Moskva Əfqanıstan ərazisində öz hərbi bazalarını yerləşdirməyi planlaşdırmır.
Qeyd edək ki, Baqram aviabazası uzun illər ərzində ABŞ və NATO qüvvələrinin əsas hərbi mərkəzi olub və 2021-ci ildə ABŞ-nin Əfqanıstandan çıxmasından sonra əfqan hakimiyyətinin nəzarətinə keçib.
Xuraman Etibarlı
İnterpress.az