Müsəlman kuryerlərə halal olmayan malların daşınması QADAĞAN EDİLDİbackend

Müsəlman kuryerlərə halal olmayan malların daşınması QADAĞAN EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada müsəlman kuryerlərə halal olmayan məhsulların daşınması qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya müsəlman kuryerlərinə halal olmayan malların daşınması qadağan edilib.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin nəzdindəki Alimlər Şurası fətva qəbul edib.

Qərara əsasən, müsəlman kuryerlərə spirtli içkilər, donuz əti, qumarla bağlı məhsullar, bütlər, bütpərəstlik atributları və halal qaydalara uyğun olmayan ət məhsullarını daşımaq qadağandır.

Belə məhsullar yalnız utilizasiya məqsədilə və ya kuryer bağlamanın içində qadağan olunmuş mal olduğunu bilmədikdə daşına bilər.

Əgər sifarişdə həm halal, həm də qadağan olunmuş məhsullar varsa, çatdırmanı yerinə yetirmək mümkündür, lakin haram mallardan gələn qazanc xeyriyyə işlərinə yönəldilməlidir.

Xuraman Etibarlı

İnterpress.az