HƏMAS-ın Dohadakı ofisinin gələcəyini müzakirə etmək hələ tezdir.
İnterpress.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin nümayəndəsi Mecan əl-Ənsari Qəzza zolağındakı vəziyyətin tənzimlənməsindən sonra HƏMAS ofisinin taleyinin necə olacağına dair sualı cavablandırarkən bildirib.
Əl-Ənsari deyib ki, HƏMAS-ın Siyasi Bürosunun Dohadakı ofisinin gələcək statusu barədə danışmaq hələ tezdir.
“Hazırda bu barədə danışmaq üçün çox erkəndir,” – o qeyd edib.
Əl-Ənsarinin sözlərinə görə, HƏMAS ofisi hazırda Dohada fəaliyyət göstərir və bu, 2006-cı ildən bəri Qətərin vasitəçilik səylərinin bir hissəsidir.
Xuraman Etibarlı
İnterpress.az