Rusiya və Gürcüstan gec-tez diplomatik münasibətləri bərpa edəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq İşlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov Sputnik Georgia-nın multimediya mətbuat mərkəzində keçirilən videobağlantı zamanı bildirib.
O hesab edir ki, Rusiya və Gürcüstan arasında diplomatik əlaqələrin bərpası vaxt məsələsidir.
“Ən vacibi səbirli olmaq və bir-birimizi eşitməkdir… Ümid edirəm ki, gec-tez biz diplomatik münasibətləri bərpa edəcəyik.
Əsas odur ki, bir-birimizi hörmətlə qarşılayaq və bir-birimizin daxili işlərinə qarışmayaq,” – Cabarov deyib.
Xuraman Etibarlı
İnterpress.az