Qazaxıstan artıq gələcəkdə yaşayır: Süni intellekt dövlət fondunun idarə heyətinə daxil edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Qazaxıstanda süni intellekt əsaslı “SKAI” adlı virtual qadın real insanın yerini tutaraq böyük dövlət fondunun – “Samruk-Kazyna”nın idarə heyətinin üzvü olub.
Bundan sonra SKAI idarə heyətinin iclaslarında iştirak edəcək, səsvermələrdə real üzvlərlə bərabər hüquqa malik olacaq və təxminən 81 milyard dollar dəyərində dövlət aktivlərinin idarə olunması ilə bağlı qərarların qəbulu prosesinə qatılacaq.
Bu addım Qazaxıstanı süni intellekti dövlət idarəçiliyinə cəlb edən ilk ölkələrdən birinə çevirib.
Xuraman Etibarlı
İnterpress.az