Rusiyada mayonez QADAĞAN EDİLƏCƏKbackend

Rusiyada mayonez QADAĞAN EDİLƏCƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Duması Rusiyada mayonezin satışını qadağan etmək istəyir.

İnterpress.az xəbər verir ki, Rusiya Dövlət Dumasının Ailə Məsələlərinin Müdafiəsi Komitəsinin deputatları ölkədə mayonezin satışının qadağan edilməsini təklif ediblər. Onların fikrincə, bu sous “rus milləti üçün zəhər”dir.

Deputatlar bildiriblər ki, rusların sevimli sousu olan mayonez piylənmə və həzm sistemi problemlərinə səbəb olur.

Parlamentdə həmçinin palma yağı ilə bağlı məsələləri araşdırmaq üçün ayrıca işçi qrup yaradılıb.

Xuraman Etibarlı

İnterpress.az