Bloqer qəbiristanlığa aparılaraq DÖYÜLDÜ – FOTObackend

Bloqer qəbiristanlığa aparılaraq DÖYÜLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstanda bloqer qız uğursuz İstanbul turuna görə qəbiristanlığa aparılaraq döyülüb.

İnterpress.az xəbər verir ki, bu barədə qazax mediası məlumat yayıb.

Atırau şəhərində yaşayan bloqer Kuralay uğursuz səfər turuna görə zorakılığa məruz qalıb.

O, sosial şəbəkədə İstanbul turunu reklam edib, özü də 100 min tenqə ödəyib və başqalarını da qoşulmağa razı salıb, lakin səfər baş tutmayıb.

Bloqer pullarını geri tələb etdikdə, tur təşkilatçıları ona hədə-qorxu gəlməyə başlayıblar.

İki qadın onunla görüş təyin edib, Kuralayı qəbiristanlığa apararaq döyüb və təhqir ediblər.

Hadisə ilə bağlı “sağlamlığa orta ağır zərər vurma” maddəsi üzrə cinayət işi başlanıb, ekspertiza aparılır.

Xuraman Etibarlı

İnterpress.az