Rusların Türkiyəyə səfərinə QADAĞA QOYULURbackend

Rusların Türkiyəyə səfərinə QADAĞA QOYULUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalılara NATO ölkələrinə səfər qadağası qoyulacaq.

İnterpress.az xəbər verir ki, Rusiyada ictimai təşkilatlar vətəndaşların Türkiyə, Monteneqro və digər NATO ölkələrinə səfərlərini qadağan etməyi təklif ediblər.

Onların fikrincə, bu addım Rusiya turistlərinin pullarının Ukraynaya ötürülməsinin qarşısını alacaq, vətəndaşların xaricdə təhlükəsizliyini təmin edəcək və daxili turizmin inkişafına təkan verəcək.

Məlumata görə, bu təşəbbüs artıq Dövlət Dumasına təqdim edilməyə hazırlanır.

Xuraman Etibarlı

İnterpress.az