Ali Rada Konstitusiya Məhkəməsinə hakim TƏYİN EDƏ BİLMƏDİbackend

Ali Rada Konstitusiya Məhkəməsinə hakim TƏYİN EDƏ BİLMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Rada Konstitusiya Məhkəməsinin hakimlərini təyin edə bilməyib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Namizədlərdən heç biri parlament üzvlərindən lazımi səs toplaya bilməyib.

Konstitusiya Məhkəməsində altı boş yer var və hakimin təyin edilməsi üçün parlamentin 226 üzvü səs verməlidir.

Məhkəmənin fəaliyyət göstərə bilməsi üçün 18 hakimin ən azı 12-si olmalıdır.

İyunun 27-dək cəmi 11 hakim olduğuna görə, Böyük Palata və məhkəmənin bir senatı işləyə bilmirdi.

Bu səbəbdən Konstitusiya Məhkəməsi deputatların, prezidentin və digər qurumların müraciətlərinə baxmaq imkanından məhrum qalıb.

Xuraman Etibarlı

İnterpress.az