Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzlərinə ehtiyac var.
İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri tibb elmləri doktoru Yasmin Rüstəmova “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada deyib.
Onun sözlərinə görə, bəzi xəstələrin ürəyə ehtiyacı olsa da, transplantasiyanın həyata keçirilməsi risklidir: “Azərbaycanda ixtisaslaşmış ürək çatışmazlığı mərkəzləri yaradılsa, hansı xəstəyə ürək transplantasiya əməliyyatının lazım olduğu, həmin şəxsin yaşam gözləntisinin nə qədər olacağı bilinər”.






