Cənubi Koreya kəşfiyyatı KXDR-dən İrana silah tədarükü ilə bağlı heç bir əlamət görmür.
İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreya Milli Kəşfiyyat Xidməti (NIS) məlumat yayıb.
Cənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreya (KXDR) İrandan uzaqlaşmağa və may ayında baş tutması gözlənilən Donald Tramp və Si Tsinpin sammiti ərəfəsində diplomatiya üçün yer saxlamağa çalışır.
Parlament brifinqində iştirak edən deputat Pak Son Von bildirib ki, Pxenyannın Ayətullah Əli Xameneinin ölümü ilə bağlı başsağlığı verməməsi və Müctəba Xameneinin yeni lider təyin olunması münasibətilə təbrik göndərməməsi buna bariz nümunədir.
Kəşfiyyatın rəyinə görə, KXDR hazırda İranla münasibətlərdə ehtiyatlı davranır.
Xuraman Etibarlı
İnterpress.az






