Lukaşenkodan “döyüş lazeri” AÇIQLAMASI: Dronları 2 km məsafədə MƏHV EDİR – VİDEObackend

Lukaşenkodan “döyüş lazeri” AÇIQLAMASI: Dronları 2 km məsafədə MƏHV EDİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lukaşenko 2 km məsafədəki dronları yandıra bilən döyüş lazerinə sahib olduğunu bəyan edib.

İnterpress.az xəbər verir ki, bu barədə Belarus mediası məlumat yayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin hərbi arsenalında dronlara qarşı olduqca effektiv vasitə olduğunu bildirib.

O, hazırda heç bir ölkənin pilotsuz uçuş aparatları ilə 100% mübarizə apara bilmədiyini, lakin Belarusun bu sahədə yeni bir döyüş lazeri ixtira etdiyini açıqlayıb.

Lukaşenko deyib: “Bizimkilər hansısa lazer ixtira ediblər. Bunu yoxlamaq istəyirəm. Müdafiə nazirinin sözlərinə görə, kifayət qədər effektivdir; 1,5–2 kilometr məsafədə dronları yandırır”.

Xuraman Etibarlı

İnterpress.az