Paşinyan: Ermənistan Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaqbackend

Paşinyan: Ermənistan Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Rusiya ilə bağlı Aİ-nin sanksiyalarına qoşulmayacaq.

İnterpress.az xəbər verir ki, bu barədə Nikol Paşinyan deyib.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi Rusiyaya qarşı tətbiq olunan Avropa İttifaqı (Aİ) sanksiyalarına qoşulmaq niyyətində deyil.

Paşinyan qeyd edib ki, Avropa İttifaqında Ermənistanın “Rusiyaya sanksiyalardan yayınmağa kömək etməsi” ilə bağlı şübhələr yaranmışdı.

Bu narahatlıqları aradan qaldırmaq üçün ölkəyə avropalı mütəxəssislər dəvət olunub.

Baş nazirin sözlərinə görə, həmin ekspertlər araşdırma apararaq Ermənistanın sanksiyalardan yayınmaya köməklik göstərmədiyini rəsmi şəkildə, yazılı formada təsdiqləyiblər.

Ermənistanın Rusiya ilə iqtisadi və siyasi əlaqələri qoruyub saxlamaqla yanaşı, Qərb tərəfdaşları ilə də dialoqu davam etdirməyə çalışdığı müşahidə olunur.

Xuraman Etibarlı

İnterpress.az